Bu il Azərbaycanı “Evrovision 2015” musiqi yarışmasında təmsil edəcək Elnur Hüseynov Avropa turuna Latviyanın paytaxtı Riqadan başlayıb.

 

Lent.az-ın məlumatına görə, Riqada təmsilçimiz mətbuat konfransı keçirəcək, daha sonra “Eurovision pre-party Riga 2015” konsertinə qatılacaq.

 

 

Qeyd edək ki, təmsilçimiz mayın 21-i "Hour of the Wolf” mahnısı ilə 11-ci nömrə altında ikinci yarımfinalda səhnəyə çıxacaq.