Tez-tez dünya idman mətbuatında "Milan"ın baş məşqçisi Filippo İnzaqinin tutduğu postdan uzaqlaşdırılacağı ilə bağlı xəbərlər gəzir.

Metbuat.az-ın məlumatına görə, mətbuat nümayəndələrinin qarşısına çıxan İnzaqi söz-söhbətlərə son qoyub:

"Belə şeyləri eşidəndə gülürəm. Bunlar sadəcə şayiələrdi. Heç biri həqiqəti əks etdirmir.

Bu çətin dövrdə Sinişa Mihayloviç mənə dəstək olurdu. Ona görə də "Milan"la görüş istisna olmaqla, digər oyunlarda onun komandasına uğurlar arzu edirəm".