Məlumata görə, bu gün səhər saatlarından Heydər Əliyev prospektinin Heydər Əliyev Mərkəzinin qarşısından Böyükşor qovşağına qədər olan hissəsi nəqliyyatın hərəkəti üçün bağlanıb. Hazırda Böyükşor qovşağının qarşısından şəhər istiqamətinə mövcut asfalt-beton örtüyünün üst qatının frez mexanizmi vasitəsilə qaşınaraq çıxarılması işləri davam etdirilir. Paralel olaraq Bağırov körpüsünün ətrafında yağış kanalizasiya sisteminin quraşdırılması üçün müvafiq işlər aparılır.
Milli.Az