Rusiya Hərbi Dəniz flotunun “Priazovye” gəmisi Yəməndə ərəblərin husilərə qarşı xüsusi əməliyyatların aparıldığı zonadan 308 vətəndaşı təxliyə edib.

Anspress-in məlumatına görə, bu barədə bazar günü Rusiya Müdafiə Nazirliyi rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlama verib.

“Ədəndəki döyüş zonasından 19 ölkənin vətəndaşı olan 308 nəfər təxliyyə edilib. Onlardan 45-i Rusiya, 18-i ABŞ, 5-i Birləşmiş Krallıq, biri Bolqarıstan, 6-sı Estoniya, 14-ü Ukrayna, 9-u Belarus, 3-ü Türkmənistan, 8-i Özbəkistan, 5-i Azərbaycan, biri Bəhreyn, 5-i Cibuti, 159-u Yəmən, biri Somali, 3-ü Fələstin, 13-ü İordaniya, 9-u Kuba, 2-si Misir və biri Səudiyyə Ərəbistanı vətəndaşıdır”, – deyə Konaşenkov bildirib.

Onun sözlərinə görə, bütün təxliyyə edilmiş vətəndaşlar Rusiyaya məxsus gəminin içində təhlükəsiz vəziyyətdədir və onlar səhər saatlarında Cibutiyə çatdırılacaqlar.

Milli.Az