Xalq artisti Seyid Şuşinskinin ad günüdür
Xanəndəlik sənətinin sirrlərini Cabbar Qaryağdıoğludan öyrənən Seyid Şuşinski 1907-ci ildə Şuşada M. M. Nəvvabın musiqi məktəbində təhsil alıb. 1913 və 1914-cü illərdə “Ekstrafon” aksioner cəmiyyəti tərəfindən Kiyevdə onun ifasında bir sıra muğamlar vala yazılıb. S.Şuşinski 1919-cu ildən Bakıda yaşayıb, fəhlə klublarında konsertlər verib, teatr tamaşalarında, konsertlərdə çıxış edib.
Seyid Şuşinski ictimai-siyasi mövzuda olan “Ayıl ey millət”, “Mən bir türkəm”, “Millət istərsə” və s. şeir və qəzəlləri ilə xalqı mübarizəyə çağıran ilk xanəndə olub.
Daha sonra Tiflisdə fəaliyyət göstərmiş Seyid Şuşinski xanəndəlik sənətini daha da təkmilləşdirib, bədii zövqü və səhnə ustalığı formalaşmışdı. Onun oxuduğu “Çahargah”, “Hümayun”, “Rast”, “Mahur”, 'abul”, “Şahnaz”, “Mirzə Hüseyn seygahı”, muğamları, “Mani”, “Arazbarı”, “Mənsuriyyə” zərbi muğamları musiqi xəzinəmizdə bəzərsiz sənət əsərləri kimi özünəməxsus yer alıb
1926-cı ildə Üzeyir Hacıbəyovun təşəbüsü ilə Azərbaycan Dövlət Konservatoriyasında, sonra isə Azərbaycan Dövlət Musiqi Məktəbində muğam sinifində müəllimlik etməyə başlayır. 1939-1960-cı illərdə Azərbaycan Dövlət Filarmoniyasının və Azərbaycan Radiosunun solisti olub, ömrünün son illərində isə Opera və Balet Teatrında muğam operaları üzrə məsləhətçi işləyib.
O, bir çox muğamlara yeni guşələr əlavə edir, bir çox muğamları birləşdirib oxuyur. Bunlardan “Rast-Hümayun”, “Qatar-Bayatı”, “Şur-Şahnaz” dəstgahları diqqətə layiqdir. Seyid Şuşinskinin görkəmli bəstəkarımız Fikrət Əmirovun ilk dəfə yaratdığı və dünyada şöhrət qazandığı “Şur” və “Kürdi-Ovşarı” simfonik muğamlarının yazılmasında da məsləhətçi kimi böyük köməyi olub.
O 1956-cı ildə Xalq artisti,1961-ci ildə isə əməkdar müəllim adlarına layiq görülüb. Lakin bu qədər hörmətə, şan-şöhrətə malik, sənətin zirvəsinə qalxan Seyid Şuşinskinin son günlərində qayğısına qalan yalnız tələbələri idi. Müğənnilərdən H. Rzayeva, Y. Kələntərli, Ə. Əliyev, R. Muradov, Z. Xanlarova, İ. Rzayev və b. onun yetişdirmələridir. S.Şuşinski 1 oktyabr 1965-ci ildə 76 yaşında dünyasını dəyişib. Xalqın iradəsi ilə onu Fəxri Xiyabanda dəfn ediblər. Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47