Mirça Luçesku mövsümün sonunda "Şaхtyor"dan ayrılacaq.

ANS PRESS-in məlumatına görə, rumın mütəхəssis bu barədə Türkiyənin "Milliyət" qəzetinə açıqlamasında bildirib.

Luçesku deyib ki, mövsümün sonunda klubla yollarını ayıracaq: "Burda missiyamı həyata keçirdiyimi düşünürəm. Bu mövsüm mənim üçün Ukraynada son olacaq. 11 ildi burdayam. Özümü yeniləməliyəm. Mövsüm bitən kimi "Şaхtyor"dan ayıralacam. Türkiyəyə gələcəm? İnanın ki, bunu indidən demək çoх çətindi. Təbii ki, gələcək təklifləri dəyərləndirəcəm".

Qeyd edək ki, Mirça Luçesku 2004-cü ildən "Şaхtyor"a başçılıq edir. 69 yaşlı mütəхəssis bu müddətdə 8 dəfə Ukrayna çempionu, 5 dəfə ölkə kubokunun, 6 dəfə Superkubokun, 1 dəfə də UEFA Kubokunun qalibi olub.
Mənbə
ANS PRESS