Milli.Az "Report"a istinadən bildirir uki, hadisə nəticəsində “Mercedes Sprinter” markalı mikroavtobus ilə “Scania” markalı yük maşını toqquşub.
Mikroavtobus Anisimovski qəsəbəsində yerləşən uşaq evinə məxsus olub. Hadisə nəticəsində sürücü və 15-16 yaşlarında iki oğlan uşağı həyatını itirib. Doqquzu uşaq olmaqla daha 10 nəfər xəsarət alıb.
KİV-in azərbaycanlı kimi təqdim etdiyi 42 yaşlı avtobus sürücüsünün əvvəllər 82 dəfə yol hərəkəti qaydalarını pozduğu bildirilir.
Faktla bağlı cinayət işi qaldırılıb.
Milli.Az