"Report" xəbər verir ki, Mingəçevir Dram Teatrının quruluşunda olan Süleyman Sani Axundovun "Eşq və İntiqam" əsəri Akademik Milli Dram Teatrının səhnəsində nümayiş ediləcək.
Aprelin 27-də nümayiş ediləcək tamaşanın quruluşçu rejissoru Zülfüqar Abbasov, quruluşçu rəssamı Yusif İmamverdiyevdir.
Qeyd edək ki, bölgələrdə fəaliyyət göstərən teatrların paytaxt səhnəsində tamaşalar nümayiş etdirməsi təqdirəlayiq haldır.