Gələn ilin iyununda Azərbaycan və Türkiyə tarixinə həsr olunmuş böyük konfrans təşkil olunacaq
Bu gün Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin (XÖYAİDK) sədri Nazim İbrahimov Azərbaycan Türkiyə Tarix Araşdırmaları Fondunun (ATAF) Himayəçilər Şurasının üzvləri ilə görüşüb.
Komitənin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə ATAF Himayəçilər Şurası sədrinin müavini, Azərbaycan Türkiyə İş Adamları Birliyinin sədri Əhməd Erentok bildirib ki, gələn ilin iyun ayında Azərbaycan və Türkiyə tarixinə həsr olunmuş böyük bir konfrans təşkil olunması qərara alınıb. Ə. Erentok azərbaycanlıların və türklərin tarix boyu mövcud olan erməni problemi ilə bağlı kiçik ölçülü yaddaş kitabçasının hazırlanıb xarici ölkələrdə yaşayan soydaşlarımız arasında yayılması barədə təşəbbüs qaldırıldığını da bildirib. Bu kitabça ermənilərin türk millətinə qarşı törətdiyi qətliamlar, soyqırımı barədə qısa və konkret xronoloji bilgi xarakteri daşımalıdır.
Təşəbbüsə dəstək verən Dövlət Komitəsinin sədri Nazim İbrahimov deyib ki, dünyanın müxtəlif ölkələrinə səpələnmiş azərbaycanlıların və türklərin yaşadıqları ölkənin ictimai-siyasi həyatında daha inamlı yer tutmaları, getdikcə daha keçərli söz sahibinə çevrilmələri, Azərbaycan və Türkiyənin qarşılaşdığı problemlərin daha yüksək kürsülərdən səsləndirilməsi üçün hər şeydən əvvəl öz milli köklərini, qədim tarixini bilmələri zəruri şərtdir.
Nazim İbrahimov qeyd edib ki, hazırda azərbaycanlı alimlər Dünya Azərbaycanlılarının Xartiyası üzərində işləyirlər.
ATAF Himayəçilər Şurası İdarə Heyətinin sədri, Türk Tarix Qurumunun sabiq rəhbəri Yusif Halacoğlu da gələn il keçirilməsi qərara alınan Azərbaycan və Türkiyə tarixinə dair konfransda müzakirəsi nəzərdə tutulan məsələlər barədə danışıb və Dövlət Komitəsinin bu tədbirə dəstək verməsini zəruri sayıb. Nazim İbrahimov XÖYAİDK-nin səlahiyyətləri çərçivəsində bu konfransa dəstək verəcəyini bildirib.
Pərvin ABBASOV
Nazim İbrahimov ATAF-ın Himayəçilər Şurasının üzvləri ilə görüşüb
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
news.lent.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25
Geomaqnit qasırğası olacaq
Bu gün
·
15:05
İstedadlı futbolçu qərarını verdi
Bu gün
·
14:47