“Kral Türkiyə musiqi mükafatları”nın 2014-cü il namizədlərinin adları açıqlanıb
Milli.Az axşam.az-a istinadən xəbər verir ki, əməkdar artist Lalə Məmmədovanın mərhum ifaçı Kayahanın repertuarından oxuduğu "Qar dənələri" mahnısı mükafata namizədlər siyahısındadır.

21-cisi keçiriləcək “Kral Türkiyə musiqi mükafatları”nda səsvermə aprelin 17-nə kimi davam edəcək.

L.Məmmədovaya səs vermək üçün http://ktmo.kralmuzik.com.tr/kategori/en-iyi-cover bu linkə daxil ola bilərsiniz.

Qeyd edək ki, ötən il mükafata namizədlər arasında xalq artisti Aygün Kazımova və müğənni Röya Ayxan var idi.

Milli.Az