Bakı, 11 aprel, AZƏRTAC
Hava nəqliyyatı sahəsində Bakıda yeni aerovağzal kompleksi istismara verildikdən sonra bütün beynəlxalq uçuşlar Heydər Əliyev Beynəlxalq Aeroportunun bu terminalından həyata keçirilir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri nəqliyyat naziri Ziya Məmmədov aprelin 10-da Nazirlər Kabinetinin 2015-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında səsləndirib.
Nazir Ziya Məmmədov bildirib ki, ümumilikdə “Azərbaycan Hava Yolları” QSC-nin marşrut şəbəkəsində reyslər üzrə istiqamətlərin sayı 33-ə çatdırılıb. Hazırda yeni alınmış “Boeing-787” tipli hava gəmilərinin uzaq məsafəli marşrutlarda istismarına başlanılıb və mümkün yeni marşrutlar öyrənilir.