APA-nın xəbərinə görə, bu barədə Milli Televiziya və Radio Şurası (MTRŞ) tərəfindən 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə aparılmış monitorinqlərin nəticələrində qeyd olunub. Monitorinqin nəticələrinə əsasən, sponsorluqla bağlı nöqsanlar telekanalların efir fəaliyyətində ən çox müşahidə olunan problemlərindəndir:“Telekanallardakı bir sıra verilişlərdə baş sponsor və sponsorların geniş şəkildə təqdimatı zamanı ilə qanunvericiliyin tələbləri pozulur”
“Bəzən anonslarda sponsorların adları çəkilir və göstərilir ki, bu da sponsorun reklamı, əslində gizli reklamı olmaqla “Televiziya və radio yayımı haqqında” Qanunun 35.2-ci maddəsinin pozulması deməkdir. Təəssüf ki, bu cür hallar telekanallarda tez-tez baş verir. Təəccüblüdür ki, dövlət büdcəsindən maliyyələşən İTV-də də yayımlanan bəzi verilişlərdə sponsor təqdimatı təfsilatıyla və tez-tez təkrar olunur”.
Milli.Az