PSJ-nin forvardı Edinson Kavani karyerasını "Yuventus"da davam etdirə bilər.

Metbuat.az "Sportmediaset"ə istinadən xəbər verir ki, hazırda tərəflər arasında danışıqlar davam edir. Uruqvaylı futbolçu "Qoca Sinyora"ya keçidini asanlaşdırmaq üçün hətta məvacibində endirimə getməyə də razıdı.

PSJ Kavaninin qarşılığında minimum 50 milyon avro tələb edir.