[ 11 Aprel 2015 13:30 ]



Bakı. Hafiz Heydərov – APA. Bakıda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

 

Bakı şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə aprelin 10-u saat 21:30 radələrində, Moskva prospektində qeyd alınıb. Bakı şəhər sakini  Rusif Pərviz oğlu Hacıyev idarə etdiyi “VAZ-21015” markalı avtomobillə Ağcəbədi rayon sakini Cahid Elyar oğlu Rüstəmovu vurub. Nəticədə piyada aldığı xəsarətdən ölüb.

 

Faktla bağlı araşdırma aparılır.