Bakı Şəhər Baş Polis İdarəsindən Trend-ə verilən məlumata görə, aprelin 7-si saat 7 radələrində, H.Aslanov küçəsində yerləşən evdə kirayədə yaşayan Masallı rayon sakini Bəxtiyar Nuruyevin mənzilindən oğurluq edilib. Onun evindən açıq qapıdan keçməklə 3700 manat, 3 ədəd mobil telefon və geyim əşyaları oğurlanıb.Bakıda kirayə yaşayan Masallı sakinin evindən oğurluq edilib
Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Aydın Nizami oğlu Qurbanov tutulub.
Milli.Az