Kanal S (Region TV) xəbər verir ki, ötən gecə Şəkinin Qoxmuq kəndi ərazisində yol qəzası baş verib. Şəhərdən kənd istiqamətində hərəkətdə olan Vüsal Abdurəhmanovun idarə etdiyi "VAZ-2107" markalı avtomobil yoldan çıxaraq aşıb. Qəza zamanı, xoşbəxtlikdən, heç kəs xəsarət almayıb. Qəzaya səbəb kimi, yolun kənarında qazılıb yığılan torpaq göstərilir. Qəza nəticəsində həmçinin yol kənarındakı hasarlardan biri də dağılıb. Hazırda qəzanın baş verməsinin dəqiq səbəbləri araşdırılır.

Milli.Az