[ 11 Aprel 2015 11:05 ]



Bakı. Hafiz Heydərov – APA. Bakı şəhərində magistral su xəttində qəza baş verib.

 

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Binəqədi rayonunda magistral su kəmərinin partlaması  nəticəsində çoxmənzilli yaşayış  binasının zirzəmisinə 1 metr hündürlüyündə su dolması barədə məlumat daxil olub. Həmin binanın zirzəmisində özünə yaşayış sahəsi yaratmış vətəndaş çıxılmaz duruma düşüb.

 

Fövqəladə Hallar Nazirliyinin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Xilasedicilər zirzəminin qapısını açaraq vətəndaşı xilas ediblər.