"Dindən alət kimi istifadə edirlər"
ANS PRESS-in məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri, Yeni Azərbaycan Partiyasının icra katibinin müavini Mübariz Qurbanlı "Azərbaycan" qəzetinə müsahibəsində deyib.
O bildirib ki, bu dini qrupların bütün bu gedişlərindən xəbərimiz var və müvafiq olaraq həmin radikal dini qrupların fəaliyyətinin məhdudlaşdırılması, aradan qaldırılması üçün çox böyük işlər aparılıb:
"Artıq bu yöndə Azərbaycanın hüquq-mühafizə orqanlarının, eləcə də ideoloji qurumların apardığı işlər öz mühüm nəticələrini verir. Biz ölkəmizdə həmin qrupları tam aradan qaldırana qədər bu işləri davam etdirəcəyik. Radikal qrupların bəziləri qeyri-qanuni yollarla vəsait ələ keçirərək onun vasitəsilə gənclərin radikal qruplara cəlb edilməsinə, şəbəkələrin yaradılmasına cəhdlər göstərirlər. Təbii ki, bu, yolverilməzdir. Ona görə də onların məkrli məqsədlərini reallaşdırmaq üçün qeyri-sağlam iqtisadi yollarla əldə etdikləri gəlirlərin qarşısı alınır və bundan sonra da alınacaq".
Komitə sədri qeyd edib ki, Vergilər Nazirliyi, Dövlət Gömrük Komitəsi, Maliyyə Nazirliyi və digər dövlət qurumları müvafiq işlər aparırlar ki, kimlərsə qeyri-qanuni yolla Azərbaycana vəsait gətirərək onları burada konstitusion sistemin əleyhinə yönəldə bilməsin: "Bu cür vəsaitlərin Azərbaycana qeyri-hökumət təşkilatları adı altında fəaliyyət göstərən qurumlar tərəfindən gətirilməsinin qarşısının alınması üçün də artıq qanunvericilikdə müvafiq dəyişikliklər edilib". Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25