Təqdimat mərasimindən öncə qonaqlar Azərbaycanın mədəniyyətini, tarix və adətlərini özündə əks etdirən sərgi ilə tanış olublar. Daha sonra tədbirin rəsmi hissəsi başlanıb. Çıxış edən Azərbaycanın birinci xanımı Mehriban Əliyeva iki ölkə arasındakı münasibətlərdən bəhs edib.
"Mən yenidədn gəncliyim, tələbəlik illərimin, çox parlaq xatirələrim olan şəhərdə - Moskvada olmaqdan şadam. Yaxın və doğma insanların əhatəsində olmaq ikiqat xoşdur. Mən səmimi qəlbdən bu gecə bizimlə olduğunuz üçün dərin təşəkkürümü bildirirəm.
Biz Avropa oyunlarının təqdimatını bir neçə digər böyük şəhərdə - Roma, London, Paris, Afina, Ankara, Berlində də etmişik. Bu gün dost Rusiyanın paytaxtında da bu barədə danışacağıq".
Rusiya Olimpiya Komitəsinin prezidenti A.Jukov da "Bakı-2015" Avropa oyunlarının Təşkilat Komitəsinə uğurlar arzulayıb.
Sonda "Bakı-2015" Avropa oyunlarına görülən hazırlıq işlərinə həsr olunan film nümayiş olunub.
















Mənbə
ANS PRESS