Bakı. 11 aprel. REPORT.AZ/ Gecə saatlarında Biləsuvar rayonunun Xırmandalı kəndində "QAZ" və "NAZ-Lifan" markalı 2 minik avtomobili toqquşub.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, nəticədə, deformasiyaya uğramış "NAZ-Lifan" markalı minik avtomobilində olan 2 nəfər sərnişin yanğınsöndürən-xilasedicilər tərəfindən çıxarılaraq Təcili Tibbi Yardım Stansiyasının əməkdaşlarına təhvil verilib.
Əməliyyat saat 00:10-da başa çatıb.