Bu xəstəliyə diqqət!
ANS PRESS-in məlumatına görə, Parkinson yavaş inkişaf edən bir xəstəlikdir. Bu xəstəlik 50-60 yaş arası adamlar arasında başlayır və getdikcə kəskinləşir.
İngilis həkim Ceyms Parkinson tərəfindən ilk dəfə 1817-ci ildə bu xəstəlik “titrək iflic” adlandırılıb. Beynimizdə hərəkətlərimizə nəzarət edən hüceyrələr mövcuddur. Bu hüceyrələrdən kimyəvi maddələr ifraz olunur. Bunlardan biri də dopamindir. Dopamin beyinə gələn məlumatları bir sinir hüceyrəsindən digərinə ötürür. Beləcə bədən tarazlığı təmin edilir. Lakin bu hüceyrələrin bir qismi azalanda dopamin ifraz edilə bilmir. Nəticədə insanda titrəmə, yavaş hərəkət etmə və bədənin tarazlığının pozulması ortaya çıxır. Sonralar bu xəstəlik həmin ingilis aliminin adını daşıyıb.
Amerikanın Rutgers Universitetinin alimləri professor Arati İnamdar və aparılan tədqiqatın müəllifi Joan Bennet uzun sürən araşdırmalardan sonra belə bir qənaətə gəliblər ki, Rütubətli və kiflə əhatə edilmiş evlərdə yaşamaq Parkinson xəstəliyinə şərait yaradır. Belə ki , 2005-ci ilin avqust ayının 29-da «Katrina» qasırğasının törətdiyi daşqınlar ABŞ-ın Yeni Orlean şəhərində həyatı iflic etmiş, evlər su altında qalmışdı.Tədqiqatçılardan Joan Bennet də zərər çəkənlərdən biri olmuşdu. Onun bildirdiyinə görə belə bir tədqiqatı başlatmasına səbəb həmin daşqınlar zamanı ətrafda nəmişliyin rütubətin geniş yayılması idı. Aparılan araşdırmalar isə rütubət səbəbindən şəhər sakinlərinin əksəriyyətində Parkinson xəstəliyinin əlamətlərinin meydana gəlməsini üzə çıxardı.
Daha çox evlərin divar və tavanlarında nəmişlikdən kifli hissələr əmələ gəlir. Yaranmış kif isə öz növbəsində “göbələk spirit” adlanan maddə ifraz edir. Bu da insan orqanizmində dopamin adlanan ən vacib maddənin səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə səbəb olur. Nevroloji mütəxəssislər dopamin olmadan əlimizi belə tərpədə bilməyəcəyimizi deyirlər. Bu maddənin çatışmazlığı artıq Parkinson xəstəliyinin əmələ gəlməsinə səbəb olur.
Beləliklə, Parkinson bədəndə “dopamin” adlanan maddənin çatışmazlığı nəticəsində yaranan xroniki nevroloji bir xəstəlikdir. Xəstəliyin insanlarda müşahidə edilən ən əsas əlaməti isə hərəkət sisteminin tədricən pozulmasıdır. Parkinsonizmə tutulan xəstələrin ilkin mərhələdə əllərində və ayaqlarında titrəmə olur, sonra isə onlarda əzələlərin süstləşməsi və nitq pozğunluğu halları baş verir. Xəstələr daha çox yuxusuzluqdan, depressiyadan əziyyət çəkir, qida qəbulu zamanı udquna bilməməkdən şikayətlənirlər.
Xəstəliyin hələlik müalicəsi tapılmasa da tibb elmi bu sahədə alternativ yollar axtarır. Alimlərin araşdırmalarına görə, dünyada hər 500 adamdan birində Parkinson xəstəliyinə rast gəlinir. Qadınlarla müqayisədə bu xəstəlik kişilər arasında daha çox yayılıb.
Qeyd edək ki, Roma papası II İohann Pavel 2005-ci ildə bu xəstəlikdən dünyasını dəyişib.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28