Bakı, 10 aprel, AZƏRTAC
Aprelin 11-də “Kitabevim.az” mağazalar şəbəkəsində Türkiyənin məşhur yazıçısı Kahraman Tazeoğlu ilə görüş təşkil olunacaq. Görüşdə yazıçının “Bukre” romanı və "Səni içimdən tərk edirəm" şeir kitablarının “İmza günü” keçiriləcək. Türkiyəli yazar “Hədəf” nəşrlər evinin dəvəti ilə Bakıya gəlib.
“Hədəf” nəşrlər evindən AZƏRTAC-a bildirilib ki, Kahraman Tazeoğlunun “Bukre” və “Səni içimdən tərk edirəm” şeir kitabları “XAN” nəşriyyatında Azərbaycan dilinə çevrilərək çap olunub.
Səfər çərçivəsində K.Tazeoğlunun şeir gecəsi və gənc yazıçılarla görüşü təşkil ediləcək.