Lakin Quranda Adəmə təzim etmək məsələsində İblisin adı mələklərlə bir sırada çəkilir (Bəqərə, 34; Kəhf, 50). Rəvayətə görə, İblis mələklərlə birlikdə olmuş, onlarla bir sırada Allaha ibadət etmişdi. Həzrət Əli (ə) buyurub ki, İblis səmada Allaha altı min il ibadətlə məşğul olmuşdur. Özü də bilinmir ki, bu illər yer ili idi, yoxsa (bundan qat-qat uzun olan) göy ili. Rəvayətə görə, İblis üçün səmada nurdan minbər qoyulmuşdu; o həmin minbərə qalxıb mələklərə tövhiddən dərs deyirdi.
Milli.Az