MTRŞ: "Yerli telekanalların efirində uşaq verilişlərinin qıtlığı açıq-aydın hiss olunur"
Hesabatda qeyd olunur ki, seriallarda milli-mənəvi dəyərlərin, tarixi şəxsiyyətlərin təbliği, hərbi-vətənpərvərlik ruhunun yüksəldilməsi, Azərbaycan xalqına qarşı ermənilər tərəfindən törədilmiş soyqırımılarının, dövlətin apardığı uğurlu daxili-xarici siyasətin müxtəlif aspektlərinin işıqlandırılması kimi maarifçilik məsələlərinə üstünlük verilməsi daha vacibdir: "Həmin seriallarda gizli reklamın bolluğu və bunun "tanıdıcı reklam" adı altında süjet xəttinə daxil edilməsi halları da narahatlıq doğurur".
Eyni zamanda, ölkənin efir məkanında milli filmlərin nümayişi ilə bağlı vəziyyət narahatçılıq doğuracaq səviyyədədir. Təbiidir ki, bu hal tamaşaçılar tərəfindən də, narazılıqla qarşılanmaqdadır. Məlum olduğu kimi, hər il dövlət tərəfindən yeni filmlərin çəkilməsi üçün xeyli maliyyə vəsaiti ayrılır, lakin geniş tamaşaçı kütləsi həmin məhsullara baxa bilmir. Araşdırmalar göstərir ki, nəinki yeni çəkilən filmlərin, hətta sovet dövründə çəkilmiş olan filmlərin də, nümayiş etdirilməsində telekanallar tərəfindən ciddi problemlər var. Belə ki, milli filmlərin nümayişi üçün Kino Gildiyası telekanallardan, əsassız olaraq kifayət qədər böyük məbləğdə vəsait tələb edir. Bu halda telekanallar da az sayda milli kino nümunələrinin nümayişi ilə vəziyyətdən çıxış yolu tapmağa çalışırlar.
Milli bədii filmlərlə bağlı problemlər demək olar ki, böyük ölçüdə yerli cizgi filmləri üçün də aktualdır. Son vaxtlar ölkədə yeni-yeni bədii filmlər çəkilsə də, bunu cizgi filmləri barədə söyləmək olmaz. Yəni, bədii film çəkilişində son dövrlərdə yaranmış müəyyən canlanma cizgi filmləri istehsalında hiss olunmur. Yerli telekanalların efirində uşaq verilişlərinin də qıtlığı açıq-aydın hiss olunur. Məsələn, "Lider" televiziyasının proqram səbətində, ümumiyyətlə, uşaq verilişi yoxdur.
Yayımçıların efirində diqqət çəkən problemlərdən biri də tok-şou tipli verilişlərə ekspert qismində əsasən eyni şəxslərin, yaxud da mütəxəssis olmayanların dəvət edilməsidir. Demək olar ki, əksər müzakirə verilişlərinə, mövzudan asılı olmayaraq mütləq müğənnilər, aktyorlar və ya "ekstrasens"lər dəvət edilir. Düşünmək olar ki, yayımçılar bunu verilişlərinin reytinqi xatirinə edirlər. Lakin fərqinə varmırlar ki, bununla onlar milli efiri əslində şou-biznesdən, "ekstrasens"lərdən asılı vəziyyətə salmış olurlar.
Telekanallarda reklamlarla bağlı da problemlər qalmaqdadır. Bu, əsasən "Televiziya və radio yayımı haqqında" qanunda müəyyən olunan reklam blokları arasındakı 15 dəqiqəlik intervala əməl olunmaması, reklamın bir saata düşən həcminin maksimal 12 dəqiqəlik həddi ötməsi, bədii filmlərin 45 dəqiqədən tez reklamla kəsilməsi və s. şəkildə diqqəti cəlb edir.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25