“Şou-bizneslə bağlı verilişlərdə milli-mənəvi dəyərlərə, efir etikasına zidd hallara yol verilməsi  neqativ hallardan biri kimi qeyd edilməlidir”. Lent.az-ın məlumatına görə, bu barədə 2014-cü ilin son və 2015-ci ilin ilk rübündə Milli Televiziya və Radio Şurası tərəfindən aparılmış monitorinqlərin nəticələri barədə hesabatda bildirilir.  

Hesabtda bildrilir: "Bu xüsusda , 02 fevral 2015-ci il tarixdə saat 18.20-20.20 arası Xəzər TV-də yayımlanan “5/5 şou” verilişində müğənnilər Niyam Salami və Səidə Sultan arasında baş verən olayı qeyd etmək yerinə düşərdi: Səidə Sultan: İndi siz məni polisə verəcəksiz? Niyami Salami: Yox, polisə verməyəcəm, türkün məsəli...Səidə Sultan: Sukasan, polisə verəsən məni?...o, sukadı".

Burada xüsusi narahatedici məqam verilişin aparıcısının və ümumilikdə yaradıcı heyətin baş verənlərin, xüsusilə qonaqların şıltaqlıqlarının qarşısını almaq əvəzinə, ona daha da geniş meydan verməsidir. Qeyd edək ki, Xəzər TV-nin "Ay Zaur" və "5/5 şou" verilişlərində belə hallar tez-tez təkrar olunur”.

Şuranın hesabatında o da bildirilir ki,  bu gün milli efir məkanında ailə-məişət mövzularından bəhs edən tok-şouların artması və orada müzakirəyə çıxarılan problemlərlə bağlı narahatedici məqamlar  da yetərincədir. “Bu mənada,  ANS-in “Bazar səhəri” verilişində milli-mənəvi dəyərlərə zidd, bayağı mövzulara, qeyri-etik məzmunlu müzakirələrə daha tez-tez rast gəlinir. Verilişin 08 mart 2015-ci il tarixli buraxılışından bəzi məqamları yada salırıq:

Aparıcı: Yol kənarında açıq-saçıq, qısa ətəkli geyinən xanımı görəndə avtomobilinizi heç saxlamısınız? Müğənni Nadir Qafarzadə: Çılpaq niyə gəzir? Şubasını geyinsin də.

Aparıcı: Şubası yoxdur da. Müğənni Nadir Qafarzadə: Şubası yoxdur.... Onda ucuzdur ki, (yəni ucuz fahişə) şuba almayıblar ona. Aparıcı: Məclisdə yanınızda oriyental rəqqasə oynayarkən onun sinəsinə pul qoymusunuz, yoxsa? Müğənni Nadir Qafarzadə: Yox, heç yerinə. Müğənni Manaf Ağayev: Qoymuşam. Müğənni Nadir Qafarzadə: (Müğənni Manaf Ağayevə) Necə yəni qoymuşam? Hara, nə qoymusan? (ironiya ilə) Müğənni Vasif Məhərrəmli: Qoymuşam. Müğənni Nadir Qafarzadə: (Müğənni Vasif Məhərrəmliyə) O da qoyub... Müğənni Vasif Məhərrəmli qəhqəhə çəkib gülür. Studiyada gülüşmə. Müğənni Nadir Qafarzadə (Guya təəccüblənərək): Aaa, sual var idi də. Sinəsinə pul qoymusunuz, yoxsa? Aaa, nə dedim ki, mən? Bir söz dedim?... dedim qoyub da... Aparıcı müğənnilərə müraciətlə: Cenifer Lopez bədəninin bir hissəsini sığorta etdirib. Bilirsiniz harasıdı? Müğənnilər: Bəli, bilirik. Aparıcı müğənnilərə müraciətlə: Elza Seyidcahanın şeirlərini oxumusunuz? Müğənni Nadir Qafarzadə: Hə. Onun bir şeiri var a: sənə o verdi. Allah verdi. O, buna verdi, bu, ona verdi. Gül verdi. Çiçək verdi. Opüş verdi. Bu gözəl şeirdi. Sozün kökündə “verdi” var...”

 

Hesabatda o da bildirilir ki, ümumiyyətlə, bu cür hallara yol verməklə, yayımçılar «Televiziya və radio yayımı haqqında» Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin tələblərini - yayımçı öz fəaliyyətində  insanların şəxsi və ailə həyatına müdaxilənin yolverilməzliyi, milli-mənəvi dəyərlərin qorunması, peşə etikasına və əxlaq normalarına riayət edilməsi prinsiplərinə əsaslanmalıdır - pozurlar.

Efirdə bəzi aparıcıların həm efir mədəniyyətinin, həm də aparıcılıq səviyyəsinin aşağı olması da milli efirimizin çatışmazlıqlarındandır. Xüsusilə də, aparıcılıq etmək üçün dəvət olunan populyar şəxslər (müğənnilər, aktyorlar və s.) sözügedən problemi bir qədər də aktuallaşdırır. Belə ki, onların efir təcrübəsinin olmaması, həmçinin bəzən özünü konsert səhnəsində aprırmış kimi şıltaqlıqları, bayağı hərəkətləri və sair efir mədəniyyətinə zidd olmaqla televiziya aparıcılığı ilə bağlı problemin qabarmasına gətirib çıxarır. Digər tərəfdən bu və ya digər verilişə aparıcılıq edənlərin  bilik səviyyələrinin yetərincə olmaması da diqqəti çəkir. Belə ki, bəzən verilişlərdə aprılan müzakirələrə istiqamət verməli olan aparıcının xalqımızın tarixi, mədəniyyəti, incəsənəti, Azərbaycan coğrafiyası və sairə haqqında biliksizliyi, ümumi dünyagörüşünün azlığı verilişin maraqsız və keyfiyyətsiz şəkil almasına səbəb olur. Məsələn, “Xəzər” televiziyasında efirə gedən “Hər şey daxil” verilişinin müğənni aparıcıları Sevil və Sevinc bacıları əvvəlcə Azərbaycanın milli valyutasına etdikləri hörmətsizliklə, yəni efirdə 1 manatlıq əskinası cırmaqla, ardınca isə ölkə coğrafiyası barədə məlumatsızlıq (Balakən rayonunun Naxçıvan MR-də yerləşdiyini  deməklə) nümayiş etdirməklə gündəmə gəliblər.