MTRŞ: "Bəzən televiziya verilişlərində elə mövzular müzakirəyə çıxarılır ki, insanda ikrah hissi doğurur" - HESABAT
Hesabatda qeyd edilir ki, teleefir üçün müzakirəyə çıxarılan və çözüm obyektinə çevrilən mövzuların məsuliyyəti böyükdür: "Amma əfsus ki, bəzən elə mövzular müzakirəyə çıxarılır ki, insanda ikrah hissi doğurur.
Məsələn, "Azad Azərbaycan" televiziyasında 18.02.2015-ci il tarixdə efirə gedən "Gün üzü" verilişində aparıcı İlqar Mikayıloğlu əlindəki dəmir xətkeşi masanın kənarına sürtməklə çıxardığı səsi "qadına" bənzətmiş və "baxın, qadın budur! Kişilərin beynini xarab edir" deyib və bu fikri bir neçə dəfə təkrar edib. Aparıcı "qadının şərindənsə, gecənin şəri yaxşıdır" deməklə mövcud atalar sözünü təhrif edib, bunu bütün qadınlara şamil etməklə əslində onları təhqir edib.
Space TV-nin bəzi tok-şou və publisistik verilişlərində, adətən milli mənəvi dəyərlərə zidd mövzular qoyulmasa da, veriliş boyu bayağı və yersiz müzakirələr baş alıb gedir. Toy adət-ənənələri, qısqanclıq, şou biznes mövzuları ətrafında açılan süni və bayağı müzakirələrdə bu cür hallar açıq–aydın hiss edilməkdədir. "Kişilər evdə olmayanda", "Oturduğumuz yerdə", "Hələ bu harasıdır" kimi verilişlər buna misal ola bilər".
Hesabatda bildirilib ki, ANS telekanalında yayımlanan "Adam içində" və "Bazar səhəri" verilişlərində tez-tez milli-mənəvi dəyərlərə zidd olan bayağı mövzular müzakirəyə çıxarılır: "Adam içində verilişi bu mənada “liderlik” edir. Verilişdə lokal problemlər, ailədaxili münaqişələr, əxlaqında və ya sağlamlığında problem olan insanların həyatı üzərində şou yaradılır. Məsələn, "Adam içində" verilişinin 27 yanvar tarixli buraxılışında 16 yaşlı qızın itkin düşməsi ilə bağlı məsələ müzakirə olunub və bu zaman qızın cinsi istismar məqsədilə artıq Türkiyəyə aparıldığı barədə aparıcı tərəfindən dəqiqləşdirilməyən məlumatlar səsləndirilib".
Hesabata əsasən, birbaşa efirdə müzakirəyə çıxarılan bu tip mövzular, sonda nəticə etibarı ilə ailələr, qohumlararası münaqişələrə səbəb olur, həmin insanların təmsil olunduğu şəhər, qəsəbə və kəndlərdə çox ciddi gərginlik yaradır: "Əslində, sosial problemlərdən bəhs edən verilişə hər səpkidə müraciətlər ola bilər. Lakin yayımçı şou yaratmaq naminə ayrı-ayrı şəxslərin və ya ailələrin həyatına, yaxud da hüquq-mühafizə orqanlarının fəaliyyət sahəsinə aid olan həssas mövzulara müraciət edərkən son dərəcə diqqətli və ehtiyatlı olmalıdırlar".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25