Onun sözlərinə görə, bu mitinqlərin keçirilməsi, müəyyən ictimai-siyasi sabitliyin pozulması üçün həmin adamlar xarici dairələrdən qrant alırlar, onların tapşırıqlarını yerinə yetirirlər: “Bunlar dəfələrlə mitinq edirlər. Amma bu çağırışlarına adamlar gəlmir. Mitinqlərə toplanan az sayda adam isə təmsil etdikləri partiyanın üzvləri olur. Bunlar belə mitinqlər keçirməklə özlərini biabır edirlər. Bununla da sübut edirlər heçdirlər”.
Qarşıdan ilk Avropa Oyunlarının gəldiyini xatırladan T.Rzayev deyib ki, bir çox xarici dairələr bu oyunlara qara yaxmağa çalışırlar: “Bir mərkəzdən idarə olunan qüvvələr radikal müxalifətin timsalında Azərbaycanda da öz dayaqlarını tapıblar. Yəni, Müsavat, AXCP və bəzi başıboş siyasətçi gedib onlara qoşulub. Bu adamlar başa düşmür ki, Avropa Oyunlarını Azərbaycanda keçirilməsi ölkəmiz üçün etimaddır. Eyni zamanda ölkəmizin tanıdılmasıdır”.
T. Rzayev vurğulayıb ki, bu yürüşün keçirilməsi heç bir effekt verməyəcək: “Çünki Azərbaycan xalqı həmin müxalifəti tanıyır. Elə ona görə də onlara inanmır. Azərbaycan xalqı öz dövlətinə və prezidentinə inanır”.
Milli.Az