Bununla bağlı Azərbaycan prezidenti sərəncam imzalayıb

 

Azərbaycan Baş prokurorun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyevin səlahiyyət müddəti növbəti dəfə uzadılıb. Respublika Hərbi Prokurorluğunun mətbuat xidmətinin rəhbəri Əfrahim Təhməzov APA-ya bildirib ki, bununla bağlı Prezident İlham Əliyev sərəncam imzalayıb.

 

Sərəncama əsasən, hərbi prokuror Xanlar Vəliyevin səlahiyyət müddəti növbəti 5 il müddətinə artırılıb.