Rejissor Kənan M.M gənc aktyor İslam Mehrəliyevin onun ünvanına dediyi "Azərbaycanda rejissor yoxdur, "Ay Brilliant"da da rejissor işi zəif idi” sözlərinə münasibət bildirib
Axşam.az-a açıqlama verən Kənan M.M bunları deyib:
 
“İslamın sözlərinə cavab verməyəcəm. Kiçik qardaşımın dediyi ifadə kimi qəbul edəcəm. Danışır danışsın. Ola bilsin ki, o, durduğu yerdən məni görmür. Kənan M.M-i görməsi üçün yerini dəyişməlidir. Onunla prinsip aparmaq, cavab vermək mənə yaraşmaz. O ki qaldı rejissoru olduğum “Ay Brilliant”ı pisləməsinə, heç kimdən tənqid eşitməmişəm”.
 
Rejissor İslamı hansısa bir ekran işinə çəkib-çəkməyəcəyi ilə bağlı suallara isə “Bu, İslam üçün təhqir olar. Ondan sonra dediklərinə görə, özü-özünü bağışlamaz. Elə ömrü boyu da belə qalsın” deyə, cavab verib.
Kənan M.M. son vaxtlar İstanbula tez-tez getməyinin səbəbini açıqlayıb:
 
“Orada kursa gedirəm. Neçə ildir rejissorluq edirəm: serial, iki böyük film çəkmişəm. Amma öyrənmək heç vaxt gec deyil. Məni heyrətə gətirən belə bir halla qarşılaşmıram. Tək təəccübləndiyim yaradıcı heyətin çoxluğudur. Orada rejissor ən az görünən simadır. Bütün işin arxasınca prodüser gedir. Bizdə isə prodüseri harasa göndərəndə, qayıdır ki, alınmadı. Məcbur olub özüm işin arxasınca gedir, yoluna qoyuram. Əgər nə vaxtsa ətrafımda mənim kimi dörd insan olacaqsa, onda bizim kino sahəmiz inkişaf edəcək. Teoman Topçunun yanında, "O həyat mənim", "Arxa sokaklar" seriallarının çəkiliş meydançasında olmuşam”.

Milli.Az