YAP rəsmisinin sözlərinə görə, Azərbaycana qarşı kənardan hansısa addımlar varsa, orada mütləq şəkildə erməni diasporasının “barmağı” var: “Digər tərəfdən bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunları bütün təşkilatı məsələlər öz həllini tapıb. Artıq orada iştirak edəcək dövlətlər və idmançılar müəyyənləşdirilib. Belə olan təqdirdə bunu boykot etmək qeyri-mümkündür. Hətta deyərdim ki, Oyunların başlanmasına sayılı günlər qalıb. Bunun qarşısını cılız fikirli insanlar, qurumlar, mərkəzlər, ümumiyyətlə, heç kim ala bilməyəcək. Heç şübhəsiz ki, Avropa tarixində ilk dəfə olaraq sözügedən bu oyunlar çox yüksək səviyyədə keçəcək. Bir sözlə, dünyada Azərbaycan brendləri və standartları addım atacaq”.
Milli.Az