“Facebook” sosial şəbəkəsinin baş direktoru Mark Sukerberq Panama sakinlərini ödənişsiz internetlə təmin edəcəyinə dair söz verib.
 
"Biz yaxın həftə və ya aylarda Panamada prezident administrasiyası ilə birgə “Internet.org” layihəsini işə salacağıq" – Sukerberq Panamada keçirilmiş sahibkar forumunda öz çıxışı zamanı deyib.
 
"ICTnews" elektron xəbər xidməti “rai.ru” saytına istinadən bildirir ki, sözügedən proqramın reallaşdırılması 2-3 il çəkib və belə təşəbbüs artıq Afrikanın bir sıra ölkələri, həmçinin Qvatemala və Kolumbiyada reallaşdırılıb.
 
Emil Hüseynov