"Fənərbağça"nın hücumçusu Dirk Kaytın klubla olan müqaviləsi mövsümün sonunda bitir.

Artıq hollandiyalı futbolçunun karyerasını harada davam etdirəcəyi də məlumdu. Metbuat.az "De Telegraaf" qəzetinə istinadən xəbər verir ki, Kayt sabiq klubu "Feyenoord" ilə müqavilə imzalayıb.

Forvard özü də xəbərin doğruluğunu təsdiqləyib:

"Bir gün "Feyenoord"a qayıtmağı həmişə xəyal etmişəm. Növbəti mövsüm qayıdıram və xəyalımı reallaşdırdığım üçün çox sevinirəm. 1 mövsümlük müqavilə imzalamışam. Klub rəsmiləri məni razı sala bildilər".