Bakının sərmayə qorxusu varmı?
Ekspertlər baş verən hadisələrdən, gündəlik gedən iqtisadi proseslərdən çıxış yolu kimi müxtəlif fikir və təkliflər səsləndirirlər. Onların fikrincə, yaranmış böhrandan ən optimal çıxış yolu kimi sərmayə mühitinin qorunması və investisiya qoyuluşudur. Yəni investisiya olmasa, bu höhrandan çıxmaq çətin olacaq.
Bu baxımdan Azərbaycanda vəziyyət necədir. Beynəlxalq miqyasda gedən proseslər zəminində xarici dövlətlərin ölkəmizə investisiya marağı artıb, yoxsa azalıb? Dövlət büdcəsində neftin qiyməti 50 dollardan hesablansa, bunun Azərbaycanın daxili və xarici investisiya proqramlarına təsir göstərəcəkmi?
ANS PRESS-in bununla bağlı apardığı araşdırmaya görə, son 11 il ərzində ölkə iqtisadiyyatına 180 milyard dollar investisiya qoyulub. Azərbaycanın 2004-cü ildə valyuta ehtiyatı 1,8 milyard dollar idisə, bu gün 53 milyard dollar təşkil edir. Ölkənin investisiya proqramları genişmiqyaslıdır. Valyuta ehtiyatlarının ildən-ilə artması böyük inam yaratmaqla yanaşı, kredit reytinqlərini də artırır. Bu, həm də istənilən xoşagəlməz hadisəyə qarşı ciddi sığorta rolunu oynayır.
Ekspertlərin fikrincə, ölkə iqtisadiyyatının dinamik inkişafında kapital qoyuluşu mühüm rol oynayır. Bu səbəbdən son 10 ildə iqtisadiyyata sərmayə qoyuluşu ildən-ilə artıb. Elə ölkədə məhsul istehsalının həcminin artması da bunun sayəsindədir. Müxtəlif sahələrə yatırılan sərmayələrdə həm yerli, həm də xarici investisiyaların həcmi artır. Bu da ilk növbədə, ölkədəki iqtisadi və ictimai-siyasi sabitliklə bağlıdır.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2014-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dediyi kimi, ölkə iqtisadiyyatına 27 milyard dollar investisiya qoyulub. Onlardan 16 milyardı daxili sərmayədir. Bu da çox sevindirici haldır. Son illər ərzində daxili sərmayə qoyulan investisiyaların həcmində üstünlük təşkil edir. Eyni zamanda, qoyulan 11 milyard dollar xarici sərmayə göstərir ki, Azərbaycan xarici investorlar üçün cəlbedici ölkə kimi qalır. İndiki şəraitdə, dünyada və bölgədə müşahidə olunan çox ağır vəziyyəti nəzərə alaraq 11 milyard dollar xarici investisiyaları cəlb etmək böyük uğurumuzdur.
İqtisadiyyat və Sənaye Nazirliyindən bildirilib ki, 2015-ci ilin yanvar-fevral aylarında ölkənin iqtisadi və sosial sahələrinə kifayət qədər sərmayə yatırılıb. Bu dövr bütün maliyyə mənbələrindən əsas kapitala 1 milyard 697,5 milyon manat vəsait yönəldilib ki, onun da 73,5 faizi tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf edilib. Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə əsas kapitala yönəldilən vəsaitin həcmi 0,5, tikinti-quraşdırma işlərinə sərf edilən vəsaitin həcmi isə 13,6 faiz artıb.
İnvestisiya əsasən məhsul istehsalı sahələrinə yatırılır. Təkcə hesabat dövründə məhsul istehsalı obyektlərinin inşasına 1 milyard 282,3 milyon, xidmət sahələri üzrə obyektlərin tikintisinə 415,2 milyon manat vəsait yönəldilib. Qoyulan ümumi sərmayənin 36,4 faizi dövlət, 63,6 faizi isə qeyri-dövlət müəssisələrinin payına düşüb. İlin əvvəlindən ötən 2 ayda daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin həcmi ümumi sərmayənin 52,2 faizini təşkil edib ki, onun da 64,9 faizi dövlət bölməsinə aiddir.
Əsas kapitala yönəldilən sərmayənin ümumi həcmində müəssisə və təşkilatların vəsaitləri 1 milyard 146,5 milyon, bank kreditləri 63,1 milyon, büdcə vəsaitləri 394,9 milyon, büdcədənkənar fondların vəsaitləri 59,5 milyon, əhalinin şəxsi vəsaitləri 5,3 milyon, digər vəsaitlər 28,2 milyon manat təşkil edib.
İqtisadçı alim Oqtay Haqverdiyev deyib ki, indi Azərbaycanda investisiya qoyuluşu keçən ilə nisbətən azalıb. Amma qoyulan məbləğə baxanda bizim kimi ölkə üçün bu vəziyyət qaneedicidir. Xüsusilə xarici investisiya gəlir. Sadəcə, xarici sərmayələrin əksər hissəsi neft-qaz sənayesinə gedir. Lakin, ümumilikdə, digər ölkələrlə müqayisədə Azərbaycanda vəziyyət o qədər də çətin deyil.
O bildirib ki, dövlət büdcəsində neftin qiyməti 50 dollardan hesablansa bunun Azərbaycanın daxili və xarici investisiya proqramlarına müəyyən qədər təsir göstərəcək. Həm daxili mənbə hesabına, həm də xarici mənbə hesabına vəsaitlər yenə qoyulacaq, amma, bu, müəyyən qədər dar çərçivədə olacaq. Yəni bu sahədə qorxulu vəziyyət yoxdur. İnvestisiya qoyuluşunun indiki səviyyəsini yaxşı adlandırmaq olar.
Onun sözlərinə görə, keçən ilə nisbədən sərmayə qoyuluşunun azalma həm neftlə, həm manatın devalvasiyası ilə, həm də ümumilikdə dünyada gedən proseslərlə bağlıdır. Digər tərəfdən, indiki vəziyyətdə sərmayədarların özlərinin, xüsusilə xarici investorların imkanları o qədər də geniş deyil.
Bir sözlə, münbit sərmayə mühiti xarici sahibkarları Azərbaycana cəlb edir. Beynəlxalq böhran şəraitində də Azərbaycan iqtisadiyyatına xarici sərmayələrin qoyulması prosesi azalmayacaq. Bu ilin iki ayında xarici ölkələr və beynəlxalq təşkilatlar tərəfindən əsas kapitala 763,9 milyon manat investisiya yatırılması bunun təsdiqidir. Bu sahədə ölkəmizin əsas tərəfdaşları isə Böyük Britaniya, Norveç, Türkiyə, İran, Rusiya, ABŞ, Yaponiya və Fransa sərmayədarlarıdır.
Mənbə
ANS PRESS
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sabah ilk Qədr gecəsidir
anspress.com
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50