Bakı. 9 aprel. REPORT.AZ/ Atatürk hava limanında uçuşa hazırlaşan İranın "Qeshm Air" şirkətinə məxsus sərnişin təyyarəsinin sağ motoru partlayıb.
"Report"un "Hurriyet" qəzetinə istinadən verdiyi xəbərə görə, partlayış nəticəsində motorun parçaları ətrafa dağılıb, Airbus-300B4 tipli təyyarənin şassiləri isə istifadə olunmaz vəziyyətə gəlib. Pilot təyyarəmni saxlamağa müvəffəq olub.
Qeyd olunur ki, partlatış təyyarənin uçuşa hazırlaşdığı vaxt baş verib. Sərnişinlər arasında xəsarət alan olmayıb.