Azərbaycan ATƏT ilə əməkdaşlıqda mövcud prinsiplərə sadiqdir
Bakı, 9 aprel, AZƏRTAC
Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) direktoru Mixael Link və onun xüsusi müşaviri Yan Haukas ilə görüşüb.
Ombudsman Aparatından AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycanda qarşıdan gələn parlament seçkiləri də daxil olmaqla bir sıra maraq doğuran məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Elmira Süleymanova Azərbaycanda artıq 13 ildir fəaliyyət göstərən Ombudsman təsisatının insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyəti və mandatı barədə məlumat verib. O, təsisatın digər beynəlxalq təşkilatlarla yanaşı, ATƏT-lə də səmərəli əməkdaşlıq əlaqələri qurduğunu deyib.
Müvəkkil bu il ölkəmizdə parlament seçkilərinin keçiriləcəyini, bununla bağlı geniş hazırlıq işlərinin görüldüyünü, ombudsmanın və əməkdaşlarının bu günə qədər bütün seçkilərdə olduğu kimi, parlament seçkilərində də müşahidəçilik missiyasını həyata keçirəcəyini bildirib. O, qadınların seçkilərdə fəal iştirakına nail olmaq məqsədilə ümumən seçki hüququ ilə bağlı maarifləndirmə tədbirlərinin, seminarların keçirildiyini söyləyib. Müvəkkil bildirib ki, bu gün Azərbaycan qadınları parlamentdə, dövlət və yerli özünüidarəetmə orqanlarında çalışır, idarəetmədə və qərar qəbuletmədə fəal iştirak edirlər. Ölkəmizin yerli özünüidarəetmə orqanlarına seçilmiş namizədlərin 35 faizini qadınlar təşkil edir, bu göstərici əvvəlki seçkilərə nisbətən xeyli yüksəkdir.
DTİHB-nin direktoru mandatı çərçivəsində ölkəmizə ilk dəfə səfər etdiyini, Azərbaycanın ATƏT-lə əməkdaşlıqda mövcud prinsiplərə sadiq qaldığını, təmsil etdiyi qurumun respublikamızla institusional səviyyədə əməkdaşlığı davam etdirəcəyini söyləyib. M.Link ATƏT-in fəaliyyətində üç mühüm istiqamət-qadınların qərar qəbuletmədə iştirakı, insan alverinə qarşı mübarizə və sərbəst toplaşma azadlığı ilə bağlı məsələlərə önəm verildiyini vurğulayıb. Təmsil etdiyi qurumun ekspertlərinin regiona səfərlər etdiyini söyləyən qonaq maarifləndirici treninq-seminarların keçirilməsinin, hər il Varşavada ATƏT-in “İnsan Ölçüsü” görüşü ilə bağlı keçirdiyi iclaslara paralel olaraq, Azərbaycan üzrə müvafiq təqdimatın təşkilinin məqsədəuyğunluğunu diqqətə çatdırıb.
Müvəkkil sülhün bərqərar olunmasının, sülhyaratma proseslərinin həm ATƏT-in prioritetlərinə uyğun olduğunu, ölkəmiz üçün də mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, ölkəmizdə məcburi köçkünlərin problemlərinin həlli istiqamətində dövlət tərəfindən mühüm işlərin görüldüyünü söyləyib, bu qəbildən olan insanların müasir qəsəbələrdə məskunlaşsalar belə, yenə də öz doğma yurdlarına qayıtmağı arzuladıqlarını qeyd edib.
M.Link ombudsmanın insan hüquqları sahəsində fəaliyyətini yüksək qiymətləndirib və gələcəkdə də sıx əməkdaşlığın əhəmiyyətini vurğulayaraq, qarşılıqlı əlaqələrin yeni layihələrlə davam etdiriləcəyini vurğulayıb.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Top xəbərlər
Layihələr
Son xəbərlər
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14