Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərov Əfqanıstan İslam Respublikasının mədən və neft naziri Daud Şah Sabanın rəhbərlik etdiyi nümayəndə heyətilə görüşüb.

ANS PRESS-in məlumatına görə, qonaqları səmimi salamlayan nazir Kəmaləddin Heydərov Fovqəladə Hallar Nazirliyinin fəaliyyəti haqqında ətraflı məlumat verib. İki ölkənin uyğun qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın geniş perspektivləri olduğunu vurğulayıb. Nazir bildirib ki, iki dost ölkənin dövlət və hökumət nümayəndələrinin qarşılıqlı səfərləri əlaqələrin inkişafına stimul verir.

Səmimi qəbula görə təşəkkürünü bildirən Daud Şah Saba bildirmişdir ki, onun rəhbərlik etdiyi nazirlik Fövqəladə Hallar Nazirliyi ilə müvafiq sahələrdə əməkdaşlığın daha da möhkəmləndirilməsində maraqlıdır.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Mənbə
ANS PRESS