“Ləzgicə-azərbaycanca lüğət” çap olunub
Bakı, 9 aprel, AZƏRTAC
Bu günlərdə “Azərbaycan” nəşriyyatı tərəfindən 70 min lüğət vahidindən ibarət olan 800 səhifəlik “Ləzgicə-azərbaycanca lüğət” kitabı nəfis tərtibatla çap edib.
AZƏRTAC xəbər verir ki, 1000 nüsxə tirajla nəşr edilən və geniş oxucu kütləsinə təqdim olunan bu kitab ləzgicə-azərbaycanca ilk böyük lüğətdir. Lüğət ləzgi dilini öyrənənlərə, habelə ləzgi dilindən Azərbaycan dilinə tərcümə işi ilə məşğul olanlara yardımçı olacaq. Eyni zamanda lüğət ləzgi ədəbi dilinin sözlərini araşdıranlara və respublikamızın dövlət dili olan Azərbaycan dilini mükəmməl öyrənmək istəyənlərə bu sahədə köməklik edəcək.
Lüğət tərtib edilərkən 1950-ci ildən indiyədək nəşr olunmuş rusca-ləzgicə, rusca-azərbaycanca, həmçinin ləzgicə-rusca və azərbaycanca-rusca lüğətlərdən, bu dillərdə çapdan çıxmış orfoqrafıya lüğətlərindən və izahlı lüğətlərdən geniş istifadə olunub. Lüğətin sözlüyü ləzgi dilinin ən yeni lüğətlərinə, başlıca olaraq Rusiya Elmlər Akademiyası Dağıstan Elmi Mərkəzinin Dil, Ədəbiyyat və İncəsənət İnstitutu tərəfindən nəşr olunmuş üçcildli “Ləzgi dili lüğəti”nin (2012) və “Rusca-ləzgicə lüğət”in (2013) sözlüyünə əsasən bir çox yeni söz və ifadələrlə təkmilləşdirilib.
Ümumiyyətlə, lüğətə 2 mindən çox qədim, təzə və dialekt sözləri salınıb. Buraya əvvəllər geniş istifadə olunmuş, indi köhnəlmiş bəzi sözlər də düşüb. Eyni zamanda lüğətə 1998-2014-cü illərdə “Samur” qəzeti redaksiyası əməkdaşlarının topladığı və ilk dəfə olaraq “Гафалаг” (“Lüğət”) rubrikası ilə qəzetdə dərc olunmuş 4 minədək söz də salınıb.
Bu nəşrdə ləzgi dilində işlənən idiomatik ifadələrə, frazeoloji tərkiblərə daha geniş yer ayrılıb. Onların azərbaycanca müvafiq qarşılığı, bu kimi qarşılıq olmadıqda isə izahı verilib.
Təqdim olunan lüğət əsasən tərcümə lüğətidir. Lüğəti tanınmış qələm sahibləri Sədaqət Kərimova və Müzəffər Məlikməmmədov tərəfindən tərtib edilin. Nəşrə Rusiya və Azərbaycanın görkəmli alimləri rəy verib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33
Oğuzda meyit tapıldı
Bu gün
·
15:25