Bakı. 9 aprel. REPORT.AZ/ Bakıda bu ilin əvvəlindən aprel ayına qədər yol polisinin keçirdiyi reydlər zamanı 4 mindən artıq sərxoş sürücü müəyyən edilərək məsuliyyətə cəlb edilib. Bu barədə "Report"a Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin (BŞDYPİ) şöbə rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib. V.Əsədovun sözlərinə görə, avtomobili sərxoş vəziyyətdə idarə etdiyi üçün 150-dən artıq xanım sürücü barəsində də qanunla nəzərdə tutulan qaydada inzibati tədbirlər görülüb. Həmçinin, bu ilin ilk 3 ayı ərzində yol hərəkəti qaydalarını pozan, yerüstü və yeraltı keçidlərdən istifadə etməyən 28 min piyada barəsində də protokol tərtib edilərək cərimələnib.