"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Xətai rayonunun N.Tusi küçəsində Bakı şəhər sakini Turqay İsgəndərova məxsus mağazadan qapını sındırmaq yolu ilə oğurluğa cəhd göstərən 13-15 yaşlı lal-kar olan oğlan Xətai Rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb və 35-ci Polis Bölməsinə təhvil verilib.
Hazırda oğlanın şşəxsiyyəti müəyyənləşdirilir, hadisə ilə bağlı araşdırma aparılır.