Dünən bütün ölkə mətbuatı Bakının Nərimanov rayonu, Montin qəsəbəsində yerləşən pabda Ermənistanın milli qəhrəmanı olan, qaniçən Andranik Ozanyanın portretinin vurulması xəbərini tirajladı. Hətta iş o yerə çatdı ki, pabın qarşısından həmin şəkil yığışdırıldı.
Milli.Az Nərimanov Rayon Polis İdarəsindən öyrəndi ki, pabın sahibi dindirilib və məlum olub ki, səs-küylü şəkil Bakıda ilk şərab istehsal edən sahibkar Pyotr Montinindir.
Gülər
Milli.Az