[ 09 Aprel 2015 11:48 ]


Zakir Həsənov səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub, hazırlıq səviyyəsini yoxlayıb

Bakı. Ağa Cəfərli - APA. Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən gecə təlimləri keçirilən bölgədə olan müdafiə naziri, general-polkovnik Zakir Həsənov səhra şəraitində yerləşdirilən hərbi hissələrin və texnikanın vəziyyəti ilə tanış olub, hazırlıq səviyyəsini yoxlayıb.

 

APA-nın Müdafiə Nazirliyinin (MN) saytına istinadən verdiyi məlumata görə, MN rəhbərliyi poliqonda yaradılmış müxtəlif təlim nöqtələrinə baş çəkərək şəxsi heyətin, silah-sursatın və döyüş texnikalarının gecə təlimlərində iştirakı və ümumi hazırlıq üzrə görülən işlərin keyfiyyəti ilə maraqlanıb.

 

Təlimlər davam edir.