[ 09 Aprel 2015 11:33 ]



Qax. Vüqar Heydərov - APA. Qax rayon sakini itkin düşüb.

 

Qax rayon Polis Şöbəsindən APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, rayonun Güllük kənd sakini Ələkbər Mirzəyev oğlu, 1996-cı il təvəllüdlü Elşad Mirzəyevin fevral ayının sonlarında Bakı şəhərinə getmək adıyla evdən getdiyini və o gündən sonra oğlu haqqında heç bir məlumat olmadığı barədə Qax RPŞ-yə yazılı surətdə müraciət edib.

Hazırda Qax RPŞ-nin əməkdaşları Elşad Mirzəyevin tapılaraq ailəsinə təhvil verilməsi istiqamətində axtarış əməliyyat tədbirlərinə başlayıb.