Ötən gün Bakının Suraxanı rayonunda bədbəxt hadisə baş verib. Bu barədə Lent.az-a Bakı Şəhər Baş Polis İdarəsindən məlumat daxil olub.

İdarədən verilən məlumata əsasən, saat 23:45 radələrində Suraxanı qəsəbəsində 1983-cü il təvəllüdlü Ramin Abbas oğlu Qarayevin idarə etdiyi “VAZ-2107” markalı 90-CF-503 dövlət nömrə nişanlı maşın beton maneəyə çırpılıb.

Nəticədə maşının sərnişini, 1965-ci il təvəllüdlü Füzuli Məhərrəm oğlu Feyzullayev hadisə yerində ölüb.

Faktla bağlı araşdırma aparılır.

Şəhriyar ƏLİZADƏ