Azərbaycan Prezidenti Məmmədbağır Əliyevə təbrik məktubu göndərib
"Hörmətli Məmmədbağır Cavad oğlu!
Sizi, müasir təbabət sahəsində tanınmış alimlərdən birini 60 illik yubileyiniz münasibətilə təbrik edir, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və yeni-yeni uğurlar diləyirəm.
Siz həkimlik fəaliyyətinə Azərbaycanda başlamış, sonra Rusiyanın görkəmli alimlərinin rəhbərliyi ilə gözəl elmi məktəb keçmisiniz. Sizin Əməkdar Elm Xadimi, Dövlət Mükafatı Laureatı, Rusiya Federasiyası Hökuməti Mükafatı Laureatı kimi yüksək adlar almağınız, habelə Rusiya Elmlər Akademiyasına üzv seçilməyiniz Sizin tibb elmində nailiyyətlərinizin etirafıdır. Sevindirici haldır ki, Siz Azərbaycan üçün yüksək ixtisaslı tibbi kadrlar hazırlanmasına lazımi diqqət yetirmisiniz və yetirirsiniz.
Yaradıldığı andan Sizin rəhbərlik etdiyiniz Ümumrusiya Azərbaycanlılar Konqresi Azərbaycan diasporunun nüfuzlu ictimai təşkilatlarından birinə çevrilməyə və Rusiya-Azərbaycan münasibətlərinin müxtəlif sahələrdə inkişafına layiqincə töhfə verməyə nail olub. Konqresin Rusiyada yaşayan azərbaycanlıların Rusiya cəmiyyətinin tərkib hissəsinə çevrilə bilməsi və özlərinin ikinci vətəninin inkişafına və çiçəklənməsinə kömək etməsi üçün gördüyü bütün işləri Azərbaycanda yüksək qiymətləndirirlər. Ümidvaram ki, bu strategiya gələcəkdə də Konqresin səmərəli işini təmin edəcək.
Əminəm ki, Siz bundan sonra da elmi və ictimai fəaliyyətinizi ahəngdar şəkildə əlaqələndirəcək, həm insanların sağlamlığının qorunması sahəsində uğurlar qazanacaq, həm də cəmiyyətdə tolerantlığın və qarşılıqlı anlaşmanın yüksək səviyyəsinin bərqərar olmasına kömək edəcəksiniz. Sizə ən xoş arzularımı bildirirəm".
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Sosial ödəniş alanların nəzərinə
report.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33