BBC müxbirinin işğal olunmuş Azərbaycan ərazilərinə səfərindən rəsmi Bakının əvvəlcədən məlumatı var idi
Bakı, 8 aprel, AZƏRTAC
BBC kanalının müxbiri Rayhan Demytrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri barədə Azərbaycan tərəfinin əvvəlcədən məlumatı var idi. “BBC World News” xidmətinin rəhbərliyi bu səfərlə əlaqədar Azərbaycana məktub ünvanlamışdı.
Bu barədə Rayhan Demytrinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini şərh edən Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib.
Hikmət Hacıyev bildirib ki, məktubda beynəlxalq media qurumu kimi BBC-nin Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinə və Azərbaycanın işğal edilmiş ərazilərinə səfərlərə icazə verən qanun və qaydalarına hörmət etdiyi vurğulanıb. Bu əsnada məktubda müxbir Rayhan Demytrinin reportaj hazırlamaq üçün Azərbaycan Respublikasının Dağlıq Qarabağ regionuna səfər etməsi üçün icazə istənilib.
“Verilişdə səsləndirilən bəzi məqamları qəbul etməsək də, jurnalist fəaliyyətinin ölkənin qanunlarına hörmət əsasında peşəkar səviyyədə həyata keçirilməsinə və mətbuatın azadlığına hörmətlə yanaşırıq”, - deyə mətbuat xidmətinin rəhbəri diqqət çatdırıb.
H.Hacıyev deyib: “Təəssüflər olsun ki, Ermənistan tərəfindən Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim reportajın ətraflı şəkildə hazırlanmasına imkan verməyib. Bir qayda olaraq, Azərbaycanın işğal edilmiş ərazilərinə səfər edən əcnəbi KİV nümayəndələrinə ciddi nəzarət altında çox məhdud marşrut üzrə hərəkət etməyə və çəkiliş aparmağa imkan verilir.
Əgər jurnalistə çəkiliş üçün imkan verilsəydi, o, işğal olunmuş ərazilərdə etnik təmizləməyə məruz qalmış Azərbaycan vətəndaşlarının mülkiyyətinə və Azərbaycan xalqına məxsus tarixi maddi-mədəniyyət və dini abidələrə qarşı törədilmiş vəhşilikləri təqdim edə bilərdi.
Habelə, adi insanlarla sərbəst təmasa imkan verilsəydi, BBC-nin jurnalisti Ermənistanın təcavüzü nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərində vəziyyətin dözülməz həddə acınacaqlı olduğunu görərdi”.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Top xəbərlər
Layihələr
Son xəbərlər
D-8 Media Mükəmməllik Mərkəzinin strategiyası təqdim olundu
Bu gün
·
23:53
Ən uzunömürlü 5 balıq: 200 ildən çox yaşayırlar
Bu gün
·
23:52
ABŞ Hörmüzdə keçidlərin təhlükəsizliyini təmin edəcək - Tramp
Bu gün
·
23:49
10 Avropa ölkəsi Antiballistik Raket Koalisiyası qurdu
Bu gün
·
23:15
Bu tarixi sizin qədər bilən ikinci bir şəxs çətin ki, tapılsın - Prezidentdən Mirşahinə
Bu gün
·
22:53
"Real"da Vinisiusun aqibəti bəlli oldu
Bu gün
·
22:35
Peter Pelleqrini Azərbaycana rəsmi səfərə gəldi
Bu gün
·
22:03
Pambıqdan yüngül planet kəşf edildi
Bu gün
·
21:49
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14