Salyanda təsərrüfatların birində toyuq qeyri-adi yumurta yumurtlayıb. Bu isə görənlərin təəccübünə səbəb olub.

Milli.Az CTV-yə (Region TV-yə) istinadən bildirir ki, bu qeyri-adi hadisə Salyan şəhər sakini Taleh Əliyevin təsərrüfatında baş verib. Belə ki, ev sahibi həmişə olduğu kimi səhər saatlarında toyuqları hindən çölə buraxarkən yuvada adi yumurtaların yanında balqabağa oxşar bir yumurta görür. Əvvəlcə onun yumurta olduğuna şübhə edir. Sonra əlinə götürdükdə heyrətindən bir anlıq duruxur. İndiyədək belə bir hadisə ilə ilk dəfə qarşılaşan ev sahibi bu barədə qonşularına da xəbər verir.

Mütəxəssislərin fikrincə, bu cür hadisələr adətən yumurtalıqda problem yarandıqda və ya toyuğun qidalanması zamanı hər hansı maddənin təsirindən ola bilər.

Milli.Az