Görkəmli musiqiçinin xatirə gecəsi
Bakı, 8 aprel, AZƏRTAC
Mərhum dirijor, əməkdar incəsənət xadimi, professor Azad Əliyevin yaradıcılığına həsr olunmuş xatirə gecəsi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin musiqi kollektivləri və Bakı Musiqi Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən tədbirdə musiqişünas Ceyran Mahmudova görkəmli sənətkarın yaradıcılığından danışıb.
Çıxış edənlər Azad Əliyevin mənəvi irsimizə diqqət və qayğısından, unudulmuş əsərlərə yeni həyat verməsindən söhbət açıblar.
Xatirə gecəsində A.Əliyevin vaxtı ilə dirijorluq etdiyi əsərlərdən ibarət CD diskin təqdimatı maraqla qarşılanıb.
Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin musiqi kollektivlərinin bədii rəhbəri, Səsyazma Evinin direktoru Ramil Qasımov görkəmli dirijorun xatirəsinə hər kəsin böyük ehtiram bəslədiyini söyləyib və vaxtilə mərhumun sevdiyi, musiqisi Cahangir Cahangirova, sözləri İslam Səfərliyə məxsus “Alagöz” mahnısını ifa edib.
Sonra Azərbaycan Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin “Niyazi” adına simfonik orkestrinin müşayiəti ilə konsert proqramı təqdim olunub. Konsertdə Cavad Tağızadənin dirijorluğu ilə Qərbi Avropa və Azərbaycan klassik musiqiləri səsləndirilib.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04
Əli Əsədov Rusiyanın səhiyyə naziri ilə görüşdü
Bu gün
·
16:47
Rafael Ağayevə ağır itki üz verdi
Bu gün
·
16:35
Paytaxtda maşından meyit tapıldı
Bu gün
·
16:25
Azərbaycanda bank kartları ilə bağlı mühüm açıqlama
Bu gün
·
16:08
“Azərsun Holdinq” şəkər çuğunduru emalı həcmini 800 min tona qaldıracaq
Bu gün
·
15:54
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
Bu gün
·
15:50
Salahın meneceri Türkiyədə: Bu kluba keçir
Bu gün
·
15:33