Azərbaycanda Britaniya Film Mövsümü açılıb
Bakı, 8 aprel, Samirə Quliyeva, AZƏRTAC
Aprelin 8-də Azərbaycanda Britaniya Film Mövsümünün açılışı olub. Film mövsümü British Council, Böyük Britaniya səfirliyi, PwC, UNICEF və 28 Cinema ilə əməkdaşlıq çərçivəsində reallaşdırılıb.
AZƏRTAC xəbər verir ki, bununla bağlı keçirilən mətbuat konfransında British Council-in Azərbaycan üzrə direktoru Elizabet Vayt bildirib ki, film mövsümündə Böyük Britaniya istehsalı olan filmlər, o cümlədən “Mr Turner”, “The İmitation Game”, “Pride”, “Hitchcockun The Ring”, “The Story of Children and Film”, “Paddington” və (Bakıda premyerası olan) “Shaun the Sheep” filmləri nümayiş olunacaq. Bu filmlər Böyük Britaniyada şöhrət qazanmış filmlərdir və bütün filmlər ingilis dilində səslənəcək. Hər bir film özündə Britaniya kinemotoqrafiyasının fərdi, özəl xüsusiyyətlərini ehtiva edir. Tamaşaçılara dram, komediya, həmçinin cizgi filmləri təqdim ediləcək. Filmlərin ingiliscə səsləndirilməsinin üstün cəhətlərindən biri də bu dili öyrənənlərin dil bacarıqlarını təkmilləşdirmək üçün gözəl fürsətdir.
Məlumat verilib ki, filmlərdən dördü Azərbaycanda ilk dəfə nümayiş etdiriləcək. “Mr Turner”, “Pride” və “Shaun the Sheep” mükafat qazanmış yeni filmlərdir. Alfred Hiçkokun 1927-ci ildə ekranlaşdırdığı “Zəng” filmi səssiz kino nümunəsi olan nadir klassik əsərlərdəndir. Film sevgi üçbucağından bəhs edir. “The Story of Children and Film” isə dünyada uşaqların kinodakı işindən bəhs edən ilk filmdir. Bu filmdə 16 gənc yaşlı kinorejissorun nailiyyətlərindən və onların «Bacarıqlar sərhədsizdir» mövzusunda maraqlı bir dəqiqəlik filmlərindən bəhs edilir (UNICEF dəstəyi ilə). Festival zamanı “Paddington” və “Pride” filmləri də Azərbaycanda ilk dəfə olaraq ingilis dilində nümayiş olunacaq.
Film mövsümü zamanı göstəriləcək filmlərdən əvvəl qısametrajlı, bir dəqiqəlik filmlər nümayiş olunacaq. Bu filmlər azərbaycanlı gənc rejissorlar tərəfindən çəkilib və özündə güclü bir ismarıcı əks etdirir.
Film mövsümü aprelin 12-dək davam edəcək.
Qeyd edək ki, bu il British Council və UNICEF Britaniya Film Mövsümü çərçivəsində Azərbaycanda OneminutesJR adlı təlim sessiyası təşkil edib. Bu tədbir beynəlxalq layihənin bir hissəsi olub gənclər və uşaqların sosial müdafiəsi sahəsində peşəkar qısa filmlərin hazırlanması və çəkilişini öyrənmək imkanı verir. Seminarın mövzusu "İmkanlar Məhdudiyyətsizdir” olub. Görmə və eşitmə qüsurlu gənclər və müxtəlif çətinlikləri olan ailələrin uşaqları bu layihə sayəsində səslərini geniş auditoriyaya eşitdirə biliblər. British Council-ın facebook səhifəsində ən çox bəyənilən 3 filmin müəllifi qalib seçilib və filmlər Britaniya Film Mövsümü zamanı hər filmdən əvvəl nümayiş etdiriləcək.
Müəllif
Metbuat.az
Qaynar xətt
0552252950
Həmçinin oxu
Moda dizayneri Kamilla Məmmədzadə "Yes Couture"brendi ilə birlikdə Azərbaycan xalçalarından ilhamlanan kolleksiyasını təqdim etdi – FOTO
azertag.az
DİGƏR XƏBƏRLƏR
Daha çox »
Yazıçı-publisist Aydın Tağıyevin kitabının təqdimatı olub
11 İyul 2026
·
21:49
"Sərgi zalları beynəlxalq muzey standartlarına tam cavab verir" - Tamam Bayatlı
08 İyul 2026
·
16:39
"Qələbənin memarı: Cənab Ali Baş Komandan" adlı əsərin təqdimatı keçiriləcək
04 İyul 2026
·
11:34
Türkoloji Qurultay kitabı Mərkəzi Elmi Kitabxanaya təqdim olundu
02 İyul 2026
·
15:30
Top xəbərlər
Layihələr
Son xəbərlər
Bizim daxili risklərimiz yoxdur, bütün təhdidlər sərhədlərimizdən kənarda yaranır - İlham Əliyev
Bu gün
·
21:16
Ərəblərdən ulduz futbolçuya təklif
Bu gün
·
21:10
Azərbaycanın bu şəhərində evlər kütləvi satışa çıxarılır
Bu gün
·
20:56
“Qalatasaray”da Sançes böhranı: gedir?
Bu gün
·
20:51
"Azərbaycan D-8 təşkilatına üzv olmağa böyük önəm verir"
Bu gün
·
20:42
Məlumat savaşı: Dezinformasiyanın müharibə və siyasətdəki rolu
Bu gün
·
20:35
Əli Əsədov Ümumdünya Gömrük Təşkilatının baş katibi ilə görüşdü
Bu gün
·
20:14
Bu 4 bürc üçün şanslı dövr başlayır
Bu gün
·
19:42
Hikmət Hacıyev Aİ ilə əməkdaşlıqdan danışdı
Bu gün
·
19:27
Türkiyə nəhəngi dünya çempionatının ulduzunu transfer edir
Bu gün
·
19:05
Nazir ona vəzifə verdi
Bu gün
·
18:18
Milli Məclisin növbədənkənar sessiyasının son iclası keçiriləcək - YENİLƏNİB
Bu gün
·
17:28
Hərbçimiz vəfat etdi
Bu gün
·
17:08
Hasil Abbasov üç nəfərə yüksək vəzifə verdi
Bu gün
·
17:06
Şimşək çaxacaq, dolu düşəcək - XƏBƏRDARLIQ
Bu gün
·
17:04