Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, cari il yanvar ayının 15-dən aprel ayının 7-dək olan müddət ərzində Göyçay rayonunun Potu kəndində rayon Qaz İstismar İdarəsinə məxsus 53 metr qaz borusu kəsilərək oğurlanıb.
Göyçay Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş kənd sakinləri Kamran Seyidov və Rafiq Rəhimov saxlanılıblar.
Milli.Az