"Report" Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsi 25-ci Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 3-də Rahilə Muradovanın 210 manatını və sənədlərini soyğunçuluq yolu ilə alan Bakı şəhər sakini, əvvəllər məhkum olunan Qurban Əsədov tutulub. Ondan 0,280 qram heroin götürülüb.
Hadisə ilə bağlı başlanan cinayət işinin istintaqı davam etdirilir.